İngiltərə Premyer Liqasında II turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, açılış matçında "Liverpul" doğma meydanda "Bernli"yə qalib gəlib.
Son çempion "Mançester Siti" elitaya yeni qayıdan "Norviç"i darmadağın edib.
"Mançester Yunayted" "Sauthempton"la qollu heç-heçəyə razılaşıb. "Tottenhem" "Vulverhempton"a minimal hesabla qalib gəlib.
Turun mərkəzi görüşü Londonda keçirilib. Mövsümə məğlubiyyətlə başlayan "Arsenal" əzəli rəqibi "Çelsi" ilə münasibətlərinə aydınlıq gətirib. Görüş "zadəganlar"ın "quru" hesablı qələbəsi ilə yekunlaşıb - 2:0.
İngiltərə Premyer Liqası
II tur
21 avqust
Liverpul - Bernli - 2:0
Qollar: Jota, 18, Mane, 69
Aston Villa - Nyukasl 2:0
Qollar: İnqs, 45+3, El-Qazi, 62
Kristal Pelas - Brentford - 0:0
Lids - Everton 2:2
Qollar: Klit, 41, Rafinya, 72 - Kalvert-Lyuin, 30 (pen.), Qrey, 50
Mançester Siti - Norviç - 5:0
Qollar: Krul, 7 (öz qapısına), Qriliş, 22, Laporte, 64, Sterlinq, 71, Mahrez, 84
Brayton - Uotford - 2:0
Qollar: Daffi, 10, Maupay, 41
22 avqust
Vulverhempton - Tottenhem - 0:1
Qollar: Alli, 9 (pen.)
Sauthempton - Mançester Yunayted - 1:1
Qollar: Fred, 30-öz qapısına – Qrinvud, 55.
Arsenal – Çelsi - 0:2
Qollar: Lukaku, 15, R.Ceyms, 35
23 avqust
Vest Hem - Lester - 4:1
Qollar: Fornals, 26, Benrahma, 56, M.Antonio, 80, 84 - Tilemans, 70