Araz Abdullayev Kipr klubunda debüt etdi

Azərbaycanlı futbolçu Araz Abdullayev yeni klubu "Etnikos"da rəsmi debüt edib.

Newsport.az-ın məlumatına görə, o, Kiprin A divizionunda "Apollon"la səfər matçında oynayıb. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Abdullayev start heyətdə meydana daxil olub və 68-ci dəqiqədə hesab 2:2 olarkən əvəzlənib.

Qeyd edək ki, millimizin sabiq üzvü bu yay "Etnikos"la 1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right