Çexiya birinci divizionunda 5-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” növbəti matçını keçirib. Onun komandası evdə “Usti-nad- Labem”lə üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə nəticələnib. Start heyətində meydana çıxan Nəbiyev 74-cü dəqiqədə əvəzlənib.
Hazırda həmyerlimizin komandası 7 xalla 6-cı pillədədi.