"Arsenal" "Real"ın yarımmüdafiəçisi Martin Edeqoru transfer edib.
"Topçular" ötən mövsümü icarə əsasında komandada keçirən 23 yaşlı oyunçunu birdəfəlik heyətinə qatıb.
"Arsenal" norveçli futbolçu üçün "Real"a 35 milyon avro ödəyib. Edeqor Premyer Liqa təmsilçisində 8 nömrəli formanı geyinəcək.