"Ağ-qara"lar supertransferə daha yaxın görünür.
Newsport.az-ın məlumatına görə, komanda yeni mövsümdə heyətini İngiltərə nəhəngi "Liverpul"un 30 yaşlı müdafiəçisi Martin Şkrtel ilə gücləndirmək istəyir. Futbolçunun "Beşiktaş" rəhbərlərindən olan ali Egesel ilə görüşdüyü və müsbət cavab verdiyi deyilir. Futbolçunun uyğun bir zamanda transfer olunacağı açıqlanıb.
2008-ci ildə "Zenit"dən 10 milyon avroya satılan Şkrtel, "Liverpul" forması ilə 293 oyuna çıxıb.