Klublarımıza növbəti dəfə maliyyə yardımı ediləcək

AFFA 2021/2022-ci il mövsümündə də Premyer Liqa klublarına maliyyə yardımını davam etdirəcək.

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə qərar İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVID-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq, yüksək liqa təmsilçilərinə maliyyə yardımı davam etdiriləcək. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right