Millimizin forvardı Azərbaycanı yox, Almaniyanı seçdi

"Finiks Rizinq"dən ayrılaraq Almaniyaya qayıdan Rüfət Dadaşova Azərbaycanda oynamaq təklif edilib.

Newsport.az-ın məlumatına görə, forvardın variantları arasında Azərbaycan klubu da olub. Lakin "Şalke-2"nin təklifi Dadaşovu digər təklifləri geri çevirməyə məcbur edib.

Belə ki, o, Helzenkirhen klubunun ikinci komandasında yaxşı oynayayaraq əsas komandaya cəlb edilmək niyyətindədi. Xatırladaq ki,  Azərbaycan millisinin forvardı ABŞ karyerasına qədər yalnız Almaniyada oynamışdı.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right