Ruslan Qurbanovun Belarus klubuna keçidi baş tutmadı

Azərbaycan milli komandasının sabiq üzvü Ruslan Qurbanov özünə yeni komanda tapmağa yaxın olub.

Newsport.az-ın məlumatına görə, futbolçu Belarusun “Slaviya”(Mozır) klubunun düşərgəsində olub. Aldığımız məlumata görə, Qurbanov yaradılan şəraitdən narazı qalaraq geri qayıdıb.

Ötən mövsümü “Zirə”də keçirmiş vinger ona gələn təklifləri gözdən keçirəcək. O, hazırda dünyaya göz açdığı Rusiyanın Stavropol şəhərində yaşayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right