İrlandiyalı mütəxəssisdən Zubirə tərif: “O, bu mövqedə oynayan digər futbolçulardan fərqlənir”

İrlandiyanın “Linfild” klubunun icraçı direktoru Pet Fenlon “Qarabağ”ın futbolçusu Abdullah Zubirlə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, irlandiyalı mütəxəssis, 2011-2013-cü illər aralığında Şotlandiyanın “Hibernian” klubunda baş məşqçilik edərkən komandasında oynayan Zubiri tərifləyib:

“Zubirin əla tarazlığı var və hər iki ayağı ilə möhtəşəm oynayır. O, digər futbolçuları üzərinə çəkir, yanı ilə aparır və aldatmağı sevir. O, bu mövqedə oynayan digər futbolulardan fərqlənir”.

Zubir 2013/2014 mövsümündə “Hibernian”da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right