Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Soçi” ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:3.
Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.
4 turdan sonra 4 xalı olan “Ximki” 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.