İngiltərənin “Liverpul” klubu futbolçusu Ben Deyvisi icarəyə verib.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi “Şeffild Yunayted”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Deyvis 2021/2022 mövsümünü icarə əsasında Çempionşip təmsilçisində keçirəcək.
Deyvis 2021-ci ilin fevralından “Liverpul”da çıxış edir. O, Mersisayd təmsilçisi ilə rəsmi oyuna çıxmayıb.