"Fənərbaxça" hücumçusunu itirdi: Körpücük sümüyü qırılıb

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, "sarı-lacivərtlilər"in hücumçusu Sərdar Dursun zədələnib. Super Liqasının 1-ci turu çərçivəsində "Adana Dəmirspor"la keçirilən qarşılaşmada 30 yaşlı hücumçunun körpücük sümüyü qırılıb.

Təcrübəli forvardın müalicəsinə başalınılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

Qeyd edək iki, "Adana Dəmirspor" - "Fənərbaxça" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right