Ukrayna Premyer Liqasının 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” evdə “Rux” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.
Start heyətdə oyuna çıxan Nuriyev zədələnib və 27-ci dəqiqədə əvəzlənib.
“Kolos” 5 xalla 8-ci pillədə qərarlaşıb.