Portuqaliya millisinin futbolçusu Renatu Sanşeş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə oyunları buraxacaq.
Newsport.az-ın məlumatına görə, "Lill"in yarımmüdafiəçisi zədələnib. 23 yaşlı oyunçunun sentyabra kimi oynamayacağı və millinin matçlarında iştirak etməyəcəyi vurğulanıb.
Qeyd edək ki, Portuqaliya sentyabrın 1-də evdə İrlandiya, sentyabrın 7-də isə səfərdə yığmamızla qarşılaşacaq.