Futbol üzrə Çexiya 2-ci divizionunda 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Praqa “Sparta”sının ikinci komandasıyla qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 86-cı dəqiqədə əvəzlənib.
4 turdan sonra 6 xala malik “Viktoriya” 5-ci pillədə qərarlaşıb.