Futbolçularımızın komandası heç-heçə etdi

Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Rüstəm Əhmədzadə və Eldar Quliyevin də çıxış etdiyi  “Minay” da səfərdə “Zarya” ilə qarşılaşıb. Görüş heç-heçə ilə başa çatıb – 1:1.

Rüstəm bu oyuna start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib. Eldar da məhz həmin dəqiqədə digər komanda yoldaşının əvəzində meydana buraxılıb.
 
Qeyd edək ki, “Minay” 4 xalla 16 kollektiv arasında 9-cudur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right