Namiqin "Bursaspor"da forma nömrəsi müəyyənləşdi, ilk məşqinə çıxdı

"Neftçi"dən "Bursaspor"a transfer olunan Namiq Ələsgərov komandada ilk məşqinə çıxıb.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi "timsahlar"ın TFF I Liqada "Adanaspor"a qarşı keçirəcəyi oyundan öncə son hazırlıqda iştirak edib.

Bundan əlavə, Namiq yeni komandasında 7 nömrəli formada çıxış edəcək.

"Bursaspor" - "Adanaspor" matçı bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right