Almaniya millisinin sabiq üzvü Mixail Ballakın oğlu dünyasını dəyişib.
Newsport.az-ın məlumatına görə, 18 yaşlı Emilio avtomobil qəzasında həlak olub. Hadisə Portuqaliyada baş verib.
Qeyd edək ki, Ballak karyerası ərzində "Bayer Leverkuzen", "Bavariya", "Çelsi" klublarında oynayıb. O, həmçinin Almaniya millisində 98 oyunda 42 qolla yadda qalıb.
