Tokio-2020-nin futbol yarışları sona yaxınlaşır. Newsport.az xəbər verir ki, bu gün qadın futbolçuların mübarizəsində bürünc medalçının kimliyinə aydınlıq gəlib. Üçüncülük uğrunda görüşdə Avstraliya və ABŞ milliləri üz-üzə gəliblər. 7 qolun vurulduğu qarşılaşmada ABŞ-ın 4:3 hesablı qələbəsi qeydə alınıb. Dubl müəllifi olan Meqan Rapin və Karli Lloyd qalibiyyətdə önəmli rol oynayıblar. Bu, ABŞ-ın qadın futbolçularının Olimpiadalarda qazandığı ilk bürünc medaldı. Daha öncə amerikalı xanımlar dörd dəfə (1996, 2004, 2008, 2012) qızıl, bir dəfə (2000) isə gümüş medala sahib çıxmışdılar.
Tokio-2020
Futbol (qadınlar), üçüncülük matçı
Avstraliya - ABŞ - 3:4
Qollar: Kerr (17), Furd (54), Qelnik (90) - Rapino (8; 21), Lloyd (45+1; 51)