"Mançester Siti" "Aston Villa"nın futbolçusu Cek Qrilişi transfer etməyə yaxındır.
Newsport.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, klublar bu transferlə bağlı razılığa gəlib. Razılığa əsasən, Mançester təmsilçisi 117 milyon avro təzminat ödəyəcək. 25 yaşlı yarımmüdafiəçi ilə 2026-ci ilin iyununa qədər müqavilə imzalanacaq. Oyunçunun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.