Premyer Liqa matçında meydanda ilan aşkarlandı

Futbol üzrə Rusiya Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilən “Axmat” - “Soçi” matçında maraqlı hadisə yaşanıb.
 
Newsport.az xəbər verir ki, oyunun əvvəlində meydanda ilan aşkarlanıb.
 
İlanı stadion əməkdaşları meydandan çıxarıblar. Həmin vaxt oyunda 3 dəqiqəlik fasilə yaranıb.
 
 Qroznıdakı "Axmat Arena"da keçirilən görüş “Soçi”nin 2:1 hesablı səfər qələbəsiylə yekunlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right