Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Helsinki” daxili çempionatda növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, ölkə çempionatının 14-cü turu çərçivəsində “Seynyayoki”ni qəbul edən paytaxt təmsilçisi rəqibi ilə 0:0 oynayıb. Buna baxmayaraq, onlar 35 xalla turnir cədvəlinə başçılıq edirlər.
“Neftçi” – “Helsinki” oyunu avqustun 3-də Bakıda keçiriləcək.