Ukrayna Premyer Liqasında 2-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, Eldar Quliyev və Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" evdə "Aleksandriya" ilə qarşılaşıb və qalib gəlib - 1:0.
Quliyev start heyətdə oyuna baxşlayıb və 77-ci dəqiqədə əvəzlənib. Əhmədzadə isə 69-cu dəqiqədə meydana daxil olub.
3 xalı olan "Minay" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.