"Benfika" Belçikanın "Gent" klubunun hücumçusu Roman Yaremçuku transfer edib.
Newsport.az-ın məlumatına görə, Ukrayna millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. Lissabon təmsilçisi bu keçid üçün 17 milyon avro təzminat ödəyib.
25 yaşlı hücumçu 2017-ci ildə Kiyev "Dinamo"sundan "Gent"ə 2 milyon avro qarşılığında keçmişdi.