"Qalatasaray" futbolçusu Nordin Ambaratı yenidən icarəyə verib.
Newsport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı oyunçu ötən mövsüm olduğu kimi cari mövsümdə də "Malaqa"da icarə əsasında çıxış edəcək. La Liqa təmsilçisi Ambarat üçün "Qalatasaray" 1 milyon avro ödəyib.
Qeyd edək ki, N.Ambarat 2012-ci ildə "Kayserispor"dan İstanbul klubuna transfer olunub.