Liverpul" "Barselona"da çıxış edən Dani Alveşə "elçi düşüb". Newsport.azxəbər verir ki, bu iddia ilə ingilis mediası çıxış edib.
Həmkarlarımız Premyer Liqa klubunun braziliyalı üçün israrlı olduğunu yazıb. "Liverpul"un baş məşqçisi Brendan Rodgers sağ cinahda çıxış edən Qlen Consondan razı qalmadığından, təcrübəli müdafiəçini sərəncamında görmək istəyir. Tezliklə qarşı tərəfə 6 milyon avroluq təklif göndəriləcək. Hələlik 31 yaşlı futbolçu haqqında çıxan söz-söhbətə heç bir münasibət bildirməyib.
2008-ci ildən "Barsa"da top qovan Alveş, keçirdiyi 188 matçda 14 dəfə fərqlənib.