Ukrayna millisinin sabiq üzvü azərbaycanlıların komanda yoldaşı oldu

Azərbaycan millisinin forvardı Rüstəm Əhmədzadənin komandası “Minay” Ukrayna millisinin sabiq forvardı ilə anlaşıb.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Yevgeni Seleznyovla anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb. 36 yaşlı hücumçu “Şaxtyor”, “Dnepr”, “Malaqa”, “Bursaspor” kimi komandalarda oynayıb. 

Xatırladaq ki, "Minay"da Əhmədzadədən savayı Azərbaycanəsilli futbolçu Eldar Quliyev də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right