Fransa millisi və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç Bakıya gəlib.
Newsport.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bu gün günorta saatlarında İstanbul havalimanında görünən ulduz futbolçu hətta bəzi fanatları ilə şəkil çəkdirib. Ancaq İbra Türkiyədə çox qalmayıb. O, dərhal təyyarə ilə paytaxtımıza üz tutub.
Artıq onun Bakıda olduğu söylənilir. Ancaq Zlatanın müəmmalı Azərbaycan səfəri barədə heç bir məlumat verilmir.