Dünən "Fənərbaxça"da prezident seçkiləri olub.
Newsport.az-ın məlumatına görə, nəticələr dərhal açıqlanıb.
Səsvermənin nəticələrinə əsasən, hazırkı başqan Əziz Yıldırım növbəti dəfə bu postu tutub. Seçicilərin 5504 nəfəri məhz ona səs verib. Bu, Yıldırımın seçkilərdə ardıcıl 12-ci qələbəsidi.
Ancaq klub prezidenti bu postda çox qalmayacaq. O, özü də bildirib ki, məhkəmə qərarları açıqlandığı gün, qərardan asılı olmayaraq vəzifəni Əli Koça təhvil verəcək.