"Səbirsizliklə gözləyirəm, hər il daha çox şey öyrənirəm"

"Real"ın braziliyalı futbolçusu Marselo Serxio Ramosun klubdan ayrılmasından sonra komandanın kapitanı olması haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi deyib:

"Dünyanın ən yaxşı klubunun kapitanı olmaq böyük şərəf və məsuliyyətdir. Özümü şanslı hiss edirəm.

Sadəcə, "Real"da olduğumu anladığım üçün hər gün böyük həvəslə oyanıram. Hər mövsüm daha çox həvəslənirəm.

Mövsümün başlanmasını səbirsizliklə gözləyirəm. Hər il daha çox şey öyrənirəm. Əvvəllər kapitan olmaq xəyal kimi gəlirdi".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right