Braziliya milli komandasının baş məşqçisi Tite Kopa Amerikanın finalında Argentina millisinə məğlubiyyət barədə danışıb.
Newsport.az-ın məlumatına görə, braziliyalı mütəxəssis komandasının məğlubiyyətinə bir çox bəhanə gətirib:
“Matçın təşkilatçılığından çox şey gözləyirdik. Meydança bərbad vəziyyətdə idi. Oyunçular risklə üzləşmişdi. Bunlar belə böyük turnirlərdə olmamalıdı. Oyuna gəlincə, biz futbol oynamaq istəyirdik, amma antifutbol idi. Argentina millisinin futbolçuları daima cərimə qazanmaq üçün çalışırdılar. Baş hakim də oyunun gedişatına nəzarət edə bilmədi. Argentina millisinin oyunla bağlı strategiyası oyunu bu yöndə aparmaq idi”.