Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kolos" iki yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Ukrayna Premyer Liqası təmsilçisi əvvəlcə "Kramatorsk"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. A.Nuriyev sözügedən görüşdə 90 dəqiqə meydanda olub.
İkinci matçda "Kolos" "Dnepr-1"lə üz-üzə gəlib və qolsuz bərabərə qalıb. 25 yaşlı hücumçu bu oyunda 62-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, A.Nuriyev "Aleksandriya" ilə yoxlama qarşılaşmasında (2:0) penaltidən qol vurmuşdu.