Neymar Argentinanın finala çıxmasını istəyir

Braziliya millisinin hücumçusu Neymar Amerika kubokunun finalında qarşılaşmaq istədiyi yığmanın adını açıqlayıb.

Newsport.az "Amerika TV"yə istinadən xəbər verir ki, o, həlledici matçda Argentina ilə oynamaq istədiyini deyib: "Argentinanın finala çıxmasını istəyirəm. Onlara azarkeşlik edəcəyəm. Çünki Argentinada çoxlu dostum var. Ancaq yekunda Braziliya finalda qalib olacaq".

Qeyd edək ki, Braziliya millisinin finaldakı rəqibi Argentina - Kolumbiya görüşünün qalibi olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right