"Arsenal"ın futbolçusu Matteo Genduzi komandadan ayrılıb.
Newsport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bunu "goal.com"a açıqlamasında özü deyib.
Qeyd edək ki, Genduzi 2018-ci ildən "Arsenal"da çıxış edirdi. Onun London klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var idi.