"Eriksen də burada olmalı idi" - Danimarka millisinin baş məşqçisi

Danimarka millisinin baş məşqçisi Kasper Hülmand Avro-2020-nin 1/4 finalında Bakıda Çexiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyun haqqında danışıb.

Newsport.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis deyib:

"Oyuna yaxşı başladıq. Gözlədiyimiz kimi ağır qarşılaşma alındı. Rəqib ikinci yarıya yaxşı start verdi. Çexiyanın bizə təzyiq göstərməsinə baxmayaraq, qalib olduq. Yarımfinalda çıxış edəcəyimiz üçün qürurluyam. Xalqımızın bizə verdiyi dəstək çox vacib idi. Ümid edirəm ki, oyunumuz hamının xoşuna gəlib.

Kristian Eriksen də burada olmalı idi. Biz həmişə Eriksen haqqında fikirləşirik və onu da "Uembli"də görmək istəyirik".

Qeyd edək ki, Danimarka yarımfinalda Ukrayna - İngiltərə cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 7-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right