Mahir Emreli "Legiya"ya qələbə qazandırdı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Legiya"nın heyətində növbəti qollarını vurub.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı hücumçu "Yagelloniya" ilə yoxlama oyununda dubl edib. Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib.

Nəticədə Mahirin komandası qarşılaşmanı qalib başa vurub - 2:0.

Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya "Bişofshofen"ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya "Krasnodar"ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right