“İnter” iki futbolçusu ilə vidalaşdı

İtaliyanın “İnter” klubu iki futbolçusu ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, ingiltərəli müdafiəçi Eşli Yanq və italiyalı qapıçı Daniele Padellinin başa çatan müqavilələri yenilənməyib.
 
Bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb. Ölkə çempionu hər iki oyunçuya uğurlar arzulayıb.
 
Qeyd edək ki, 2017-ci ildən "İnter"in formasını geyinən Padelli "Udineze"də, 2020-ci ilin əvvəlindən Milan klubunda çıxış edən Yanq isə ölkəsinin "Aston Villa" komandasında oynayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right