Mbappe danışıqları dayandırdı, tətilə getdi

Fransa millisinin düşərgəsindən qayıdan Kilian Mbappe tətilə çıxıb.

Newsport.az xəbər verir ki, bu barədə “RTLFoot” nəşrinin jurnalisti Filipe Sanfurşe məlumat yayıb. 22 yaşlı hücumçunun 15 günlük istirahətə getdiyi bildirilib. Hətta Mbappe klubu PSJ ilə yeni müqavilə ilə bağlı danışıqları da dayandırıb.

Mbappenin paytaxt təmsilçisi ilə hazırkı sözləşməsinin  müddəti isə gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Mbappe Fransa millisinin heyətində Avro-2020-də iştirak etsə də, yığma 1/8 finalda İsveçrəyə uduzaraq (əsas və əlavə vaxt – 3:3, penaltilər seriyası – 4:5) yarışda mübarizəni dayandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right