Ukrayna yığması İngiltərə ilə oyuna ciddi itki ilə çıxacaq

Futbol üzrə Ukrayna milli komandası ciddi itki ilə üzləşib. Newsport.az xəbər verir ki, AÇ-2020-nin 1/8 final mərhələsinin İsveçlə matçında (2:1) zədələnən Artyom Besedin uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
 
Bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu azı 3 ay futbol oynaya bilməyəcək. Besedinin sağalma vaxtı hətta 6 aya qədər uzana bilər.
 
Kiyev “Dinamo”sunda çıxış edən hücumçunun müalicəsinə başlanılıb.
 
Ukrayna yığması AÇ-2020-nin 1/4 final mərhələsində İngiltərə ilə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right