Danimarkadan Bakıya neçə azarkeş gələcək?

Danimarka millisinin Avro-2020-nin 1/4 finalında Bakıda Çexiya ilə keçirəcəyi oyun üçün paytaxtımıza gələcək azarkeşlərinin sayı müəyyənləşib.

Newsprot.az xəbər verir ki, Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı qarşılaşmaya 800 fanatın yollanacağını açıqlayıb.

DBU-nun koordinatoru Anders Hagen bu sayın artacağını da istisna etməyib. Federasiya rəsmisi qarşılaşmaya böyük marağın olduğunu da söyləyib. Biletlərin satışı isə iyunun 28-dən başlayıb.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da start götürəcək. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right