"Beşiktaş"dan Səudiyyə Ərəbistanı klubuna

"Beşiktaş"la müqaviləsi başa çatan Vinsent Abubakar karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Kamerunlu hücumçu "Əl-Nəsr"ə keçib. Onunla 3 illik müqavilə imzalanıb. 29 yaşlı forvard illik 6 milyon avro maaş alacaq.

Abubakar ötən mövsüm Super Liqada keçirdiyi 26 oyunda 15 qol vurub, 5 məhsuldar ötürmə edib. O, "Beşiktaş"a "Portu"dan keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right