Bundesliqada saxta şəxsiyyət vəsiqəsi qalmaqalı

"Ştutqart"ın futbolçusu Silas Vamanqituka qalmaqala səbəb olub. 

Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, saxta şəxsiyyət vəsiqəsi isifadə etməkdə şübhəli bilinir. Bu sənədə əsasən, 21 yaşlı hücumçunun adı Silas Katompa Mvumpadır. Həmçinin o, həqiqi yaşından 1 yaş böyük kimi göstərilib. Silasın bu cinayətinə görə hansı cəzanı alacağı haqda hələlik qərar verilməyib.

Xəbərdə oyunçunun "Anderlext"ə transfer olunması üçün şəxsiyyət vəsiqəsi dəyişdirməsi ehtimalının olduğu da bildirilib. O, 18 yaşı olarkən bu klubun bazasında olub və sınaqdan keçib. Lakin viza problemlərinə görə keçid baş tutmayıb.

Qeyd edək ki, S.Vamanqituka başa çatan mövsüm Bundesliqada 25 matçda 13 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right