"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın klubda qalmaq üçün rəhbərliyə şərtini bildirib.
Newsport.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 48 yaşlı mütəxəssisə 3 illik yeni müqavilə təklif edib.
Lakin təcrübəli çalışdırıcı bununla razılaşmayıb. O, "qara qartallar"la yalnız 1 illik sözləşmə imzalamağa hazır olduğunu bildirib. Klub rəhbərliyi isə Sergen Yalçının tələbini qəbul edib və bu həftə ərzində tərəflər arasında rəsmi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, "Beşiktaş" Sergen Yalçının baş məşqçiliyi altında Superliqanın 2020/21 mövsümünün qalibi olub.