Terim ayrılarkən raportunda nə yazıb?

“Qalatasaray”da yeni mövsüm öncəsi qeyri-müəyyənlik davam edir. Klubun yeni prezidenti hələ seçilmədiyindən baş məşqçinin kim olacağı da bilinmir. Son mövsümə kimi “sarı-qırmızılılar”ı çalışdıran Fatih Terimin müqaviləsi mayın 31-i başa çatdığından klubu tərk edib. Yeni rəhbərin Terimlə yola davam edib-etməyəcəyi hələ bəlli deyil.

Newsport.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis klubdan ayrılarkən hazırkı rəhbərliyə ətraflı raport təqdim edib. Terim müqaviləsi başa çatan futbolçulardan Ömer Bayram və Emre Akbabanın komandada qalmasının vacibliyini bildirib. O, “Qalatasaray”ın iyulun 20-21-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində oynayacağını önə çəkərək komandanın iyunun 14-də Floryada hazırlığa başlamasının vacibliyini vurğulayıb. Təcrübəli məşqçi Super Liqa başlayana qədər olan müddət üçün təlim-məşq və hazırlıq planını da hazırlayıb. Pandemiya səbəbindən Avropada hazırlıq mümkün görünmür. Ona görə də ötən mövsüm olduğu kimi, bu yay da “Qalatasaray” mövsümə Floryada hazırlaşacaq. Amma Avropada bir neçə komanda ilə yoxlama matçının oynanması üçün danışıqlar da olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right