Branimir Subaşiç klubundan ayrıldı

Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç klubsuz qalıb.

Newsport.az-ın məlumatına görə, bu mövsüm Türkiyənin "Manisaspor" klubunda çıxış edən serb əsilli futbolçu bütün legionerlər kimi, komandadan ayrılıb.

33 yaşlı forvard hazırda azad agent hesab olunur. Onun karyerasını harada davam etdirəcəyi hələlik, bilinmir.

Son mövsümün nəticələrinə görə, "Manisaspor" PTT 1-ci liqanı da tərk etmək məcburiyyətində qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right