"Fənərbaxça" ilkə imza atdı

Türkiyə Superliqasının 33-cü turunda "Başakşəhər"lə matçda 2:2-lik heç-heçə edən "Fənərbaxça" mövsümdə ilkə imza atıb.

Newsport.az-ın məlumatına görə, "sarı lacivərdlilər"in tarixində ilk dəfə bir oyunda 4 futbolçusu meydandan qovulub.

Belə ki, çempionluq mübarizəsini son tura kimi davam etdirmək istəyən "Fənərbaxça"nın qələbəsiz qaldığı matçda Mehmet Topuz, Bruno Alveş, Caner Erkin və Pier Vebo qırmızı vərəqə ilə cəzalandırılıb.

Bununlada "sarı bülbüllər" antirekorda imza atmış olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right