“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasına dəvət olunub.
Newsport.az-ın məlumatına görə, 24 yaşlı futbolçu iyunun 5-i Toqo, 8-i Kosovo, 11-i isə Niger yığmaları ilə Türkiyənin Antalya şəhərində keçiriləcək yoldaşlıq oyunlarına çağırılıb.
Qeyd edək ki, Kane Qvineya milli komandasında 2 oyun keçirib, 1 qol vurub.