"Sevilya" qapıçısı ilə yolları ayırdı

"Sevilya" qapıçısı Tomaş Vaçliklə yollarını ayırıb.

Newsport.az "Football Epania"ya istinadən xəbər verir ki, qolkiper komandanın əsas qapıçısı olmaq istədiyi üçün klubun yeni müqavilə təklifini qəbul etməyib. Baş məşqçi Xulen Lopoteqi əsas qapıçı kimi Yassin Bununu görür.

Qeyd edək ki,  Vaçlik 2018-ci ildən "Sevilya"da oynayır. O, bu mövsüm La Liqada 5 matç keçirib.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right