ABŞ birinci liqasında 4-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” doğma meydanda “Las Veqas Layts”la qarşılaşıb.
Görüş “Feniks Rizinq”in 5:1 hesablı qələbəsiylə başa çatıb. Rüfət də bu matçın iştirakçısı olub.
Start heyətində meydana çıxan Dadaşov dubl edib. O, 2-ci və 55-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Feniks Rizinq” 4 turdan sonra 9 xalla liderdir.
Rüfət Dadaşovun hesabı açdığı qol
Rüfət Dadaşovun 2-ci qolu