Honda Portuqaliya klubuna keçir

"Neftçi"nin futbolçusu Keysuke Honda karyerasını Portuqaliyada davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, yaponiyalı yarımmüdafiəçi yeni mövsümdə Premyer Liqa təmsilçisi "Portinmonense"də oynayacaq.

Nəşr yazıb ki, 34 yaşlı futbolçu "Neftçi"yə keçməmişdən əvvəl fevralda bu klubdan təklif alıb. Lakin Portuqaliyada transfer qaydalarına uyğun gəlmədiyi üçün bu keçid alınmamışdı.

Honda martın 15-i "Neftçi" ilə bu mövsümün sonuna kimi müqavilə imzalamışdı. Onun "ağ-qaralar"dan ayrılacağı dəqiqləşib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right